"Annotasiya" adlı məşğələ keçirildi
Mütamadi olaraq məktəbdə şagirdlərdə mütaliə həvəsini artırmaq məqsədi ilə məktəbin kitabxana müdiri və müəllimlərin birgə təşkilatçılığı ilə məşğələlər keçirilir.4-cü sinif şagirdləri ilə sinif müəllimi Məhbubə Cəfərova və məktəbin kitabxana müdiri Mirzəhra Bayramovanın əməkdaşlığı ilə birlikdə şagirdlərin dərs mövzusuna uyğun olaraq “Annotasiya” adlı məşğələ keçirildi.Annotasiya kitabın, əlyazmanın, monoqrafiyanın məqalənin qısa məzmununu eləcədə onun qısa xarakteristikasıdır.Məşğələdə şagirdlər annotasiya vasitasi ilə hər hansı bir kitabın məzmunu ilə daha yaxından tanış ola bilmə yolları haqqında maarifləndirildilər.