" Bullinqlə mübarizə " aylığına start verildi

Son zamanlar  dünyanın bütün ölkələrində  təhsil müəssisələrində müşahidə olunan ən qabarıq problemlərdən biri təhsilalanların təzyiq və aqressiv davranışların hədəfi olmasıdır. Onlardan biri son vaxtlar leksikonda  yer almış bullinqdir (bullying).  İlk dəfə 1985-ci ildə Böyük Britaniyada işlədilən bu termin bu mövzuda ilk tədqiqat işləri üzə çıxdıqdan sonra XX əsrin əvvəllərində geniş istifadə olunub. Bütün uşaqlar gec-tez bullinqlə rastlaşırlar: ya qurban, ya incidilən şəxs və ya şahid kimi, yəni həm onlayn, həm də reallıqda. Bütün bu rollar uşağın şəxsiyyətinə dağıdıcı təsir göstərir.

   "Ümumtəhsil müəssisələrində bullinqlə mübarizəyə dair qaydalar" ın tətbiqi ilə bağlı olaraq 231 nömrəli məktəbdə dekabr ayı "Bullinqlə mübarizə" ayı elan olundu. İlk addım olaraq məktəbin müəllim və şagird kontingenti ilə ayrılıqda toplantı keçirildi. Məktəbin psixoloqu və UBTR -i bullinq, bullinqin növləri, formaları və bullinqlə mübarizə üsulları haqqında müəllim və şagird kontingentini məlumatlandırdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi