Korrupsiyaya yox deyək
Təhsildə korrupsiyaya qarşı mübarizəni fəaliyyətinin prioritet istiqamətlərindən biri hesab edən Təhsil Nazirliyinin Korrupsiyaya Qarşı Mübarizə üzrə İşçi Qrupunun üzvü olan Korrupsiyaya Qarşı Mübarizə Fondunun hazırladığı layihə şagirdlərə müvafiq biliklər verməklə yanaşı, onlarda korrupsiya hallarından qaçmağa imkan yaradan ünsiyyət bacarıqlarını inkişaf etdirmək və korrupsiyaya qarşı mənfi münasibət formalaşdırmaq baxımından da mühüm təsirə malikdir. Bu layihənin məqsədi şagirdləri mənəvi-əxlaqi dəyərlərimizi zədələyən korrupsiya problemi ilə tanış etməyə, azərbaycanlı ailəsində və təhsil müəssisələrində korrupsiyaya qarşı barışmaz münasibət formalaşdırmağa yönəlib. “Korrupsiyaya qarşı maarifləndirici tədbirlər” planina əsasən 3 dekabr 2024-cü il tarixində məktəbin 10 ve 11 sinif şagirdləri ilə "Korrupsiyaya yox deyək"başlığı altında söhbət aparıldı.