Risk qrupuna daxil olan şagirdlərin aşkara çıxarılması məqsədi ilə aparılan psixodiaqnostik iş

 

 

   Son dövrlərdə tez-tez eşidilən mövzulardan biri də risk qrupuna daxil olan uşaqlardır. Bugünkü məktəbdə ailədən qaynaqlanan problemlər mövcuddur. Zorakılıq, inamsızlıq, soyuqluq, diqqətsizlik, ailə üzvlərinin bir-birini dinləməməsi və bu kimi başqa hallar həmin ailədən olan uşaqların davranışına, psixologiyasına mənfi təsirini göstərir.  Bütün bu pozucu hallar məktəbdə ortaya çıxır və tədricən məktəbin də həlli vacib məsələsinə çevrilir.Risk qrupuna daxil olan uşaqların vaxtında aşkar olunması, fərdi iş planının hazırlanması, bu qəbildən olan uşaqlara həssaslıqla qayğı göstərilməsi onların təhsil mühitinə qayıtmasına, davranışlarının müsbətə doğru dəyişməsinə, təlim nailiyyətlərinin yaxşılaşmasına səbəb olar. Bu isə həm məktəbin, həm də ümumilikdə cəmiyyətin qazanmasına gətirib çıxarır.                                                                                                                        

  25 - 29 noyabr aralığında, məktəbin psixoloqu Kübra Əliyeva tərəfindən, "Risk qrupu" na daxil olan şagirdlər haqqında məlumatların toplanılması məqsədi ilə VII, VIII və IX sinif şagirdləri ilə, 74 sualdan ibarət, "Risk qrupu" uşaqlarının ilkin diaqnostikası və identifikasiyası üsulu adlı (M. I. Rozhkov, M. A. Kovalchuk) yazılı sorğu aparıldı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi