Məktəbdaxili fənn Olimpiadaları keçirildi

 

    Fənn olimpiadalarının keçirilməsində əsas məqsəd şagirdlərdə keyfiyyətli təhsil alma, biliklərə marağı artırmaq və özünə inam hisslərini gücləndirmək, ayrı-ayrı fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə fərqlənənləri aşkar etməklə onların potensial imkanlarının inkişafını təşkil etmək istiqamətində tədbirlər müəyyənləşdirmək, şagirdlərin ixtisas və peşə seçiminə hazırlanması üçün zəmin yaratmaqdan ibarətdir. Noyabr ayının 29 -u 2024-cü il tarixində məktəbdaxili fənn olimpiadası keçirildi. Olimpiada məktəbin 5, 6 ,7 ,8 və  9- cu sinif şagirdləri arasında təşkil olundu. Olimpiadanın keçirilməsi üçün təşkilat komitəsi yaradıldı və  bütün lazımi tədbirlər görüldü. Ümumilikdə olimpiadada bütün fənlər üzrə 25 nəfər şagird iştirak etdi.Olimpiadanın məqsədi şagirdlərin bilik səviyyəsinin yoxlanılması olmuşdur. Olimpiada iştirakçısı olan bütün şagirdlərimizə uğurlar arzulayırıq.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi