"Bacarıqlı əllər" dərnəyinin üzvləri “Turşular və Mürəbbələr" mövzusu ilə tanış oldular

Azərbaycan xalqının mətbəx mədəniyyətinin özünə məxsus incəlikləri vardır. Həmçinin məqama, şəraitə, mövsümə uyğun fərqli süfrə mədəniyyətinə malikdir. Mövzu ilə əlaqədar "Bacarıqlı əllər" dərnəyinin üzvləri “Turşular və Mürəbbələr"mövzusuna uyğun olaraq evdə hazırlanmış qışlıq qidalar barədə məlumat toplamışdılar. Dərnək rəhbəri Hilalbəyova Sövkət sagirdlərə qış aylarında qidamızda geniş istifadə olunan turşuların tutulması, mürəbbələrin necə hazırlanması haqqında ətraflı məlumat verdi. Məqsəd Azərbaycan xalqının çoxşaxəli və zəngin mədəniyyəti içərisində süfrə mədəniyyətinin öz yeri, öz gözəlliklərinin olduğunu şagirdlərə aşılanmasından ibarət idi.