Pedaqoji şuranın növbəti iclası kecirildi

06 noyabr  2024-cü il tarixdə məktəbdə pedaqoji şuranın növbəti iclası kecirildi. İclasın keçirilməsində əsas məqsəd 2024/2025-ci tədris ilində də inkişafyönümlü tədbirlərin davam etdirilməsi, uşaq hüquqları aylığı ilə əlaqədar keçirilmiş tədbirlər, məktəbəhazırlıq qrupunda tədrisin vəziyyətinin öyrənilməsi, siniflərdə keçirilən monitorinqlərin müzakirəsi, dərsdinləmə vərəqlərində aparılan qeydlərin müzakirəsi, “Bullinqlə mübarizə” pilot layihənin tətbiqi, qış mövsümünə hazırlıq, ümumilikdə qarşıda duran vəzifələrin icrası və müvafiq məsələlərlə bağlı kollegial qərarların qəbul edilməsi olmuşdur.  İclasda  sədr Lamiyə Quliyeva çıxış edərək məktəb və siniflər üzrə keyfiyyət faizi, əldə olunan nəticələr, həmçinin şagirdlərinin monitorinqlərinin nəticələri və s. haqqında ətraflı  məlumat verdi. Toplantıda qeyd edilən məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib, aidiyyəti tapşırıqlar verilib və müəllimləri maraqlandıran suallar ətraflı cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi