IV sinifdə məktəbdaxili monitorinq təşkil edildi
31 oktyabr 2024-cü il tarixində IV sinif şagirdləri arasında Riyaziyyat və Azərbaycan dili fənni üzrə məktəbdaxili monitorinq keçirildi. Keçirilən monitorinqin əsas məqsədi şagirdlərin tədris dili fənnindən oxu və dil qaydaları məzmun xətlərini, riyaziyyat fənnindən isə riyazi biliklərini və məntiqi təfəkkürlərini yoxlamaq oldu. Məktəbdə keçirilən monitorinqlər təhsilin keyfiyyətinin yüksəldilməsində mühüm rol oynayır və mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur. İbtidai təhsil səviyyəsində şagird nailiyyətlərinin yaxşılaşdırılması, müvafiq standartlar üzrə bilik və bacarıqların formalaşdırılması istiqamətində tədbirlərin görülməsi monitorinqin əsas məqsədlərindəndir.