"5-ci sinif şagirdlərinin adaptasiya çətinlikləri" adlı seminar keçirildi
Məktəbin psixoloqu Kübra Əliyeva 5- ci sinif şagirdlərinin valideynləri ilə "5-ci sinif şagirdlərinin adaptasiya çətinlikləri adlı" seminar keçirildi. Məqsəd 5-ci sinif şagirdlərinin orta təhsil pilləsinə keçid ilə əlaqədar adaptasiyasında yarana biləcək çətinlikləri aradan qaldırmaqdır. Həmçinin valideynlər övladlarının məktəbə nə dərəcədə adaptasiya olduğunu dəyərləndirmək məqsədi ilə onlara təqdim olunan anket sorğuda iştirak etdilər. Sonda valideynlərə, övladlarının sağlam-psixoloji mühitdə böyüdülməsini təmin etmək məqsədi ilə tövsiyyələr verildi.