Tədris presesinin effektiv təşkil etmək məqsədilə valideynlər mütəmadi olaraq dərsdinləmələrdə iştirak edir
Sağlam ailə tərbiyəsi və məqsədli təhsil uzlaşması fərdin, şəxsiyyətin formalaşdırılması və inkişafının əsas sütunlarıdır. Ailədə əsas aparıcı rolu valideyn tutduğundan, valideynin övladının təhsilindəki rolu və məsuliyyəti mühüm amildir. Bu məsuliyyətin dərk olunması, valideynlərin rolunun bu prosesdə artırılması təhsilin keyfiyyətinə ciddi təsir edər, dəyişkən və həssas olan təhsilalma mühitinə tənzimləyici, pozitiv stimul verər. Təhsil müəssisəsi, məktəb təhsilvermə prosesində özünə möhkəm dayaqlar müəyyənləşdirməlidir. Ən güclü belə dayaq təbii ki, ailə və valideyndir. Belə ki, övladının xarakterik xüsusiyyətlərinə dərindən bələd olan, onun tərbiyəsinə birbaşa məsuliyyət daşıyan valideyndən başqa kimsə ola bilməz.
Tədris presesinin effektiv təşkil etmək məqsədilə valideynlər mütəmadi olaraq dərsdinləmələrdə iştirak edir. Valideyn-məktəb münasibətlərinin düzgün qurulması istiqamətində aparılan işlərin nəticəsi olaraq öncədən rəhbərliyə təqdim edilmiş ərizələr əsasında valideynlər direktor müavinləri ilə bərabər dərsdinləmələrdə iştirak edirlər.