"Kiçik akademiya" üzvlərinin “Yaşıl dünyamızı qoruyaq adlı təqdimatları keçirildi

Bu gün dünyanı narahat edən qlobal problemlərdən biri də iqlim dəyişmələridir. İqlim dəyişiklikləri və onların canlı aləmə təsiri dünya birliyini getdikcə daha çox narahat etməkdədir. Ölkəmiz də qlobal iqlim dəyişmələrinin təsirindən kənarda qalmamışdır. Mövzu ilə əlaqədar olaraq “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində "Kiçik akademiya" üzvlərinin “Yaşıl dünyamızı qoruyaq adlı təqdimatları keçirilib. Ekoloji davamlılıq, yaşıllıq zonalarının bərpası və genişləndirilməsini təşviq edən tədbirin məqsədi ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların artırılmasına yönəltmək və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir. Şagirdlər ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə qaydaları barədə maraqlı kompozisiyalar təqdim etdilər.