“Əziz Qubadlı sən azadsan” adlı tədbir keçirilib
Məktəbin kitabxanasında “Əziz Qubadlı sən azadsan” adlı tədbir keçirilib. Tədbir məktənin UBTR-i Günel Cəbrayılova, kitabxana müdiri Mirzəhra Bayramova və tarix müəllimi Günay İsmayılovanın birgə təşkilatçılığı ilə həyata keçirilmişdir. Keçirilən tədbirdə məktəbin direktoru Lamiyə Quliyeva iştirak etmişdir.
Tədbiri UBTR açaraq 7-ci sinif şagirdlərinə bildirmişdir ki, Qubadlının işğaldan azad edilməsi tarixi hadisədir. Qubadlı şəhərinin azad edilməsi böyük Qələbəni yaxınlaşdırdı. Bu gün biz artıq qürur hissi ilə qeyd etməliyik ki, biz qalib ölkənin vətəndaşıyıq.
Daha sonra kitabxana müdiri və tarix müəllimi çıxış edərək şagirdlərə bu əlamətdar gün haqqında ətraflı məlumat verdilər. Qeyd etdilər ki, bu gün işğaldan azad edilən bütün ərazilər, o cümlədən Qubadlı öz tarixinin ən parlaq və qürurverici günlərinə şahidlik edir. Müzəffər Ali Baş Komandanın, yenilməz ordumuzun, vətənpərvər oğulların sayəsində bu gün qürurla deyirik ki, Qubadlımız, sən bizimsən. Daha qubadlıların başlarının üstündən güllələr uçuşmayacaq, göz işlədikcə uzanıb gedən çöllərində güllər pərvazlanacaq, dağı-yamacı mərmilərlə deyil, lalələrlə, nərgizlərlə bəzənəcək.