“Mənim hüquqlarım və vəzifələrim” adlı tədbir təşkil edildi
Prezident İlham Əliyevin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nda əhalinin müxtəlif qruplarının, o cümlədən də uşaq hüquqlarının müdafiəsi ilə bağlı təsbit olunan müddəalar uğurla həyata keçirilir. “Uşaq hüquqları aylığı”nın təşkil olunmasının əsas məqsədi BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul olunmasının ildönümü, 20 noyabr - Ümumdünya Uşaqlar Günü ərəfəsində uşaqlara diqqətin daha da artırılması və uşaq hüquqlarının qorunması işinin yaxşılaşdırılmasından ibarətdir. Mövzu ilə əlaqədar olaraq məktəbin akt zalında “Mənim hüquqlarım və vəzifələrim” adlı tədbir təşkil edildi. Tədbirdə məktəbin direktoru Lamiyə Quliyeva, RİH başçısı Aparatının və YAP Pirallahı rayon təşkilatın məsul əməkdaşları, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları, həmçinin pedaqoji və şagird kollektivi iştirak etdi.
Tədbirlərdə çıxış edən natiqlər şagirdlərə uşaq hüquqlarının yaranma tarixi, milli və beynəlxalq qanunvericilik, dövlət tərəfindən uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlər barədə ətraflı məlumat verdilər. Məktəbin direktoru Lamiyə Quliyeva öz çıxışında vurğulayıb ki, konvensiyanın əsas məqsədi uşaqların xoşbəxt böyümələrini, onların sağlam rifahı naminə hüquq və azadlıqlarından istifadələrini təmin etmək, uşaqlar arasında ayrı-seçkiliyə yol verilməməlidir.Tədbirin əsas məqsədi uşaqlara diqqətin artırılması və onların öz hüquqlarını bilmələri ilə yanaşı, özlərini necə qorumağı təbliğ etmək olub. Sonda şagirdlərin hazırladıqları maraqlı kompozisiya izlənildi.