V-XI sinif şagirdləri arasında “İdmansevərlər” layihəsinə start verilib
Şagirdlərdə fəal və sağlam həyat tərzinin inkişaf etdirilməsi, gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılması, idmanın şagirdlər arasında kütləviləşdirilməsi məqsədilə UBTR Günel Cəbrayılova və fiziki tərbiyə müəllimi Cəfər İmanovun təşkilatçılığı ilə 21 oktyabr 2024-cü il tarixdən V-XI sinif şagirdləri arasında “İdmansevərlər” layihəsinə start verildi. Layihə şagirdlərin sağlamlıqlarının möhkəmləndirilməsi, fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiyaların dayanıqlı olması, idman və bədən tərbiyəsinin inkişafı, bu sahədə kütləviliyin təmin edilməsi istiqamətində təhsil sistemi qarşısında qoyulmuş hədəflər baxımından xüsusi əhəmiyyət kəsb edir.