"Yaşıl dünya naminə həmrəylik ili " çərçivəsində "Milli-mənəvi dəyərlərimizin qoruyaq" adlı açıq dərs

Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. "Yaşıl dünya naminə həmrəylik ili " çərçivəsində milli-mənəvi dəyərlərimizin qorunması və zənginləşdirilməsi, şagirdlərin bu dəyərlərə məhəbbət ruhunda tərbiyə olunması, yaradıcı düşüncə meyillərinin gücləndirilməsi məqsədilə Xaqani Alməmmədovun VI sinifdə açıq dərsi keçirilmişdir. Açıq dərsdə məktəbin direktoru Lamiyə Quliyeva və TTİDM iştirak etmişdir. Xaqani müəllim bildirdi ki,  ölkəmiz 2030-cu ilə qədər təmiz ətraf mühit və yaşıl artım ölkəsi kimi müəyyən edilmişdir. Ölkəmiz təbii gözəllikləri ilə çox fərqlənir. Bu gözəllikləri qorumaq üçün təbiətə zərər verməməli, hər birimiz ölkəmizi yaşıl etmək naminə həmrəy olmalıyıq. Müəllim dərsdə şagirdlərin fəallığını artırmaq üçün müxtəlif üsul və metodlardan istifadə etdi. Dərsin sonunda şagirlər “Gəlin həmrəy olaq və ölkəmizi qoruyaq” şuarını səsləndirərək təbiəti qoruyacaqlarını bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi