"Qayıdışın mübarək Zəngilan!"adlı tədbir təşkil edildi
Məktəbin ibtidai sinif müəllimi Vüsalə Bayramova 1-ci sinif şagirdlərinin iştirakı ilə Zəngilan şəhərinin işğaldan azad edildiyi gün münasibəti ilə "Qayıdışın mübarək Zəngilan!"adlı tədbir təşkil edildi. İlk öncə Vətənənin ərazi bütövlüyü uğrunda şəhid olanların ruhları bir dəqiqəlik ehtiram sükutu ilə yad edilib. Dövlət Himni səsləndirilib. Tədbirdə çıxış edən məktəbin direktoru Lamiyə Quliyeva və TTİDM Elza Cəfərova bu gözəl gün münasibəti ilə bütün iştirakçıları təbrik etdilər. Sonra Vüsalə Bayramova Zəngilan rayonunun siyasi və iqtisadi əhəmiyyətindən danışaraq bildirdi ki, Zəngilan ölkələrarası dəhlizlərə malik olmaqla çox mühüm strateji və unikal imkanlara sahibdir. 27 ildən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz Vətən müharibəsində yeni tarix yazaraq Zəngilan rayonu işğaldan azad olundu. 2020-ci il oktyabrın 20-də Zəngilanın işğaldan azad edilməsi ilə Zəfərimizə gedən yol xəritəsi daha da genişlənməyə başladı. “Zəngilan şəhəri günü”nün Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə təsis olunduğunu xatırladaraq bu münasibətlə bütün zəngilanlıları və xalqımızı təbrik etdiyi qeyd edildi.
Sonda şagirdlərin hazırladıqları maraqlı kompozisiya izlənildi.
https://youtube.com/shorts/d2dsFGbKkeI?feature=share