"Təhlükəsiz informasiya axtarışı" adlı məşğələ keçirildi
Məktəbin 9-cu sinif şagirdləri ilə, məktəbin psixoloqu Kübra Əliyeva, sinif müəllimi Vəsxanım Əmirbəyova və UBR Günel Cəbrayılovanın iştirakı ilə "Reproduktiv sağlamlıq"mövzusu çərçivəsində "Təhlükəsiz informasiya axtarışı" adlı məşğələ keçirildi. Məqsəd, şagirdlərin yeniyetməlik yaş dövrünü nəzərə alaraq, onları reproduktiv sağlamlıqları ilə bağlı maraqlandıran, narahat edən suallarına cavab tapmaq məqsədi ilə, etibarlı, təhlükəsiz mənbələrdən istifadə yolları haqqında maarifləndirmək oldu.