“18 Oktyabr - Müstəqilliyin bərpası günü” münasibətilə tədbir keçirildi
18 Oktyabr 2024-cü il tarixındə məktəbin akt zalında “Müstəqilliyin bərpası günü” münasibətilə tədbir keçirildi. Tədbirdə məktəbin direktoru Lamiyə Quliyeva, RİH başçısı Aparatının və YAP Pirallahı rayon təşkilatın məsul əməkdaşları həmçinin pedaqoji və şagird kollektivi iştirak etdi. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi və xalqımızın ümummilli lideri Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Daha sonra natiqlər mövzu ətrafında çıxışlar edərək, tədbirin əhəmiyyətini vurğuladılar. Onlar müstəqillik günü ilə bağlı tarixi hadisələrin gənclər üçün önəmini qeyd edərək, bu günün dəyərini anlamanın və onu yaşatmanın vacibliyini bildirdilər. Natiqlər, həmçinin, müstəqilliyin bərpasının ölkəmiz üçün yeni bir dövr açdığını, bu yolda atılan addımların gənc nəsillərə örnək olmalı olduğunu vurğuladılar. Azərbaycan xalqının tarixi mübarizəsi və Ulu Öndər Heydər Əliyevin liderlik rolu xatırlanaraq, müstəqilliyin dəyərini artıran amillərdən bəhs edildi.
Tədbirdə şagirdlər tərəfindən hazırlanmış ədəbi-bədii kompozisiyalar, vətənpərvərlik ruhunu artıran şeirlər və musiqi nömrələri təqdim olundu. Yekunda, xatirə şəkli çəkdirildi.