"27 illik həsrət bitdi!" adlı tədbir təşkil edildi
17 oktyabr 2024-cü il tarixində məktəbin ibtidai sinif müəllimi Aygün Məmmədovanın təşəbbüsü, 3-cü sinif şagirdlərinin iştirakı ilə Füzuli şəhərinin işğaldan azad edildiyi gün münasibəti ilə "27 illik həsrət bitdi!" adlı tədbir təşkil edildi. İlk öncə Vətənənin ərazi bütövlüyü uğrunda şəhid olanların ruhları bir dəqiqəlik ehtiram sükutu ilə yad edilib. Dövlət Himni səsləndirilib. Tədbirdə çıxış edən məktəbin direktoru Lamiyə Quliyeva bu gözəl gün münasibəti iştirakçıları təbrik edib. O bildirilib ki, Şanlı Azərbaycan ordusunun böyük şücaət və xüsusi peşəkarlıqla həyata keçirdiyi döyüş əməliyyatları nəticəsində hazırda üçrəngli Azərbaycan bayrağı azad olunmuş Füzulidə xalqımızın tarixi birlik və qəhrəmanlıq simvolu olan Xudafərin körpüsü üzərində qürurla dalğalanmaqdadır. Daha sonra çıxış edən ibtidai sinif müəllimi bildirib ki bu parlaq qələbə heç şübhəsiz ki, cənab Prezidentin yürütdüyü qətiyyətli siyasətin və nail olduğu yüksək ordu quruculuğunun nəticəsi idi. Azərbaycan ordusu həqiqətən də bölgənin ən qüdrətli ordusudur. Vətən səngərini özlərinə beşik edən hərbçilərimiz qısa zamanda ölkəmizin ərazi bütövlüyünü bərpası uğrunda, işğalçı hərbi birləşmələrini darmadağın etdi. Sonda şagirdlərin hazırladıqları maraqlı kompozisiya izlənildi.