Məktəbdə “Şagird davranış qaydaları” tətbiqinə başlanılıb
Şagirdlərin hüquq və vəzifələrini, həmçinin məktəbdə nizam-intizam qaydaları tətbiq etmək məqsədilə “Şagird davranış qaydaları” tətbiqinə başlanılıb. Daxili intizam qaydaları şagirdlərin həyat və sağlamlığının təminatına, tədris prosesinin təhlükəsizliyinin təminatına, məktəbdə, hər bir şagirdin uğurlu təliminə köməklik edən, normal iş şəraitinin yaradılmasına, şəxsiyyətə və onun hüquqlarına hörmətin tərbiyə edilməsinə, davranış mədəniyyətin və ünsiyyət bacarıqlarının inkişafına istiqamətlənib.
Məktəbin akt zalında məktəb rəhbərliyinin təşəbbüsü və ibtidai sinif şagirdlərinin iştirakı ilə keçirilən görüşdə “Şagird davranış qaydaları” geniş müzakirə olunub və şagirdlərə yeni qaydalar haqqında ətraflı məlumat verilib, video çarx nümayiş olunub. Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.