10 oktyabr - Ümumdünya Psixi Sağlamlıq günü ilə əlaqədar seminar təşkil edildi
10 oktyabr - Ümumdünya Psixi Sağlamlıq günü ilə əlaqədar olaraq məktəbin psixoloqu Kübra Əliyeva tərəfindən 5 və 11-ci sinif şagirdləri ilə maarifləndirici seminar keçirildi. Şagirdlərə psixoloji cəhətdən sağlam olan insanlarda hansı keyfiyyətlərin olduğu, psixi sağlamlığa təsir edən müsbət və mənfi amillərin nələr olduğu haqqında məlumat verildi. Resurs olaraq 5-ci sinif şagirdləri öz hisslərini ifadə etmək üçün rəngləmə, 11-ci sinif şagirdləri ilə isə verilən məlumatın daha yaxşı qavranılması üçün mətn formalı slayddan istifadə olundu.