Cəbrayıl şəhərinin işğaldan azad olunmasının 4-cü il ötür

04 oktyabr 2024-cü il tarixdə Cəbrayıl şəhərinin işğaldan azad olunmasının 4-cü ildönümü ilə əlaqədar olaraq Məhbubə Cəfərova IV sinif şagirdləri ilə birgə sinif təşkilat saatı təşkil etdi. Sinif rəhbəri Müzəffər Ordumuz böyük qəhrəmanlıq göstərərək 44 günlük Vətən Müharibəsində mənfur düşmənimizi ağır məğlubiyyətə uğratdığını və ölkəmizin ərazi bütövlüyünü bərpa etdiyini bildirdi. Milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq şanlı Zəfər xalq - iqtidar birliyi, güclü ordu və ona rəhbərlik edən Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi və gərgin siyasi-diplomatik fəaliyyəti, eyni zamanda, dünya azərbaycanlılarının həmrəyliyi nəticəsində qazanıldığını qeyd etdi. Sonda şagirdlər hazırladıqları kompozisiya izlənildi.