Dərslərin dinlənilməsi
Təlimin keyfiyyətinin yüksəldilməsində dərs müşahidəsi ən vacib nəzarət vasitəsidir. Məktəb direktoru və təlim-tərbiyə işləri üzrə direktor müavini vaxtının bir hissəsini dərslərin dinlənilməsinə sərf edir. Dərsdinləmə müəllimin tədris müvəffəqiyyətini qiymətləndirməklə yanaşı bacarıqlarının inkişaf etdirilməsi, yenilik və dəyişikliklərin təbliği, peşəkar kömək etmə, çatışmazlıq və səhvlərin aşkar edilərək aradan qaldırılması və tədrisin inkişaf etdirilməsi məqsədi daşıyır.