27 sentyabr Anım Günü ilə əlaqədar “44 Gün” adlı tədbir keçirilib

    27 sentyabr Anım Günü ilə əlaqədar “44 Gün” adlı tədbir keçirilib. Tədbirdə direktor Lamiyə Quliyeva, Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşı Arzu Əliyeva, məktəbin müəllim və şagird heyəti iştirak etmişdir. İlk öncə Vətən uğrunda canını fəda etmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə çıxış edən Lamiyə Quliyeva Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi nailiyyətlər və beynəlxalq arenadakı böyük nüfuzu, xalq-iqtidar birliyi, xüsusilə ordu quruculuğu sahəsində görülmüş işlər Vətən müharibəsində qələbəni şərtləndirən vacib amillərdən  danışdı. Qeyd etdi ki Vətən müharibəsindəki şanlı qələbə Prezident İlham Əliyevin milli maraqlara söykənən uzaqgörən siyasətinin, güclü lider kimi beynəlxalq aləmdə yüksək nüfuzunun və xalq-dövlət-ordu birliyinin parlaq nəticəsi olduğunu qeyd etdi. Həmçinin vurğulandı ki, vaxtilə işğal altında olan torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda edən oğullarımız tarix boyu həmişə yad ediləcək və qəhrəmənlıq nümunəsi kimi göstəriləcək. Şagirdlərin mövzu ilə əlaqədar hazırladıqları kompozisiyalar izlənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi