“COP 29 nədir?” adlı inşa müsabiqəsinə start verildi
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası, yəni COP29 bu il Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11-də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. Azərbaycan indiyədək bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edib və onların öhdəsindən layiqincə gəlib. Lakin Prezident İlham Əliyevin də dediyi kimi COP29 bu vaxta qədər keçirilmiş tədbirlərlə müqayisəyə gəlmir. Bakı İki həftə dünyanın mərkəzi olacaq və şəhər təqribən 70-80 min xarici qonağı qarşılayacaq. 23 sentyabr 2024-cü il tarixdə mövzu ilə əlaqədar Azərbaycan dili və ədəbiyyat müəllimləri İlhamə Ağayeva və Vəsxanum Əmirbəyovanın təşkilatçılığı ilə V-IX sinif şagirdləri arasında “COP 29 nədir?” adlı inşa müsabiqəsinə start verildi.