"Dünyada sülh" adlı sinif təşkilat saatı
Sülh günü ilk dəfə 1981-ci ildə BMT tərəfindən təsis edilib. O vaxtdan Beynəlxalq Sülh günü sentyabr ayının hər 3-cü çərşənbə axşamı qeyd edilirdi. Lakin 2001-ci ildə Birləşmiş Kralıq tərəfindən təklif olunan qətnamə ilə 2002-ci ildə BMT Sülh günü üçün 21 sentyabr tarixini dəqiq tarix kimi müəyyənləşdirib və bu tarixi ümumdünya atəşkəs günü elan edib. 21 Sentyabr bütün planet insanları üçün çox vacibdir. Mövzu ilə əlaqədar 20 sentyabr 2024-cü il tarixdə ibtidai sinif müəllimi Vüsalə Bayramova II sinif şagirdləri ilə birgə "Dünyada sülh" adlı sinif təşkilat saatı təşkil etdi. İlk öncə mövzu barədə şagirdlərə ətraflı məlumat verildi, video-çarx izlənildi sonra isə şagirdlər müxtəlif rəngli karandaşlarla boyama işləri apararaq öz sülh dünyalarını təsvir etməyə çalışdılar.