Diaqnostik qiymətləndirmənin aparılması

Yeni 2024-2025-ci tədris ilinin başlanması ilə əlaqədar, şagirdlərin bilik və bacarıq səviyyəsini aşkara çıxarmaq məqsədilə məktəbdə diaqnostik qiymətləndirmə aparılır. Diaqnostik qiymətləndirmənin nəticələri tədris prosesinin planlaşdırılmasına zəmin yaradır. Diaqnostik qiymətləndirmənin nəticələri təhlil edilir və müəllimlər fəaliyyət planında (illik və cari planlarda) dəyişiklik aparır. Diaqnostik qiymətləndirmənin nəticələri barədə müəllimin qeydləri şagirdlərin fərdi qovluğuna qoyulur. Şagirdlərin diaqnostik qiymətləndirmə zamanı göstərdikləri nəticələrə uyğun olaraq fənn üzrə təlimin təşkilinə dair strategiyalar, forma və üsullar müəyyənləşdirilir.