“Bilik günü” qeyd olundu

16 sentyabr 2024-cü il tarixdə məktəbdə “Bilik günü” qeyd olundu. Tədbirdə məktəbin direktoru Lamiyə xanım Quliyeva, Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsinin sədri Təranə İskəndərova, Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşı, müəllimlər və valideynlər də iştirak etdilər. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başladı, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə ilk öncə çıxış edən məktəbin direktoru bildirdi ki, Azərbaycan təhsilinin bugünkü inkişafı öz mənbəyini ötən əsrin 70-ci illərindən ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə aparılan uzaqgörən və məqsədyönlü siyasətdən almışdır. 1999-cu ildən həyata keçirilən təhsil islahatlarının uğurlu nəticələri artıq göz qabağındadır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: "Təhsil Azərbaycanın davamlı inkişaf strategiyasının ən önəmli istiqamətlərindən biridir. Azərbaycanın gələcək inkişafı məhz təhsillə bağlıdır". Sonra ötən tədris ilində 11 sinif şagirdlərinin
ali məktəbə qəbul nəticəsi üzrə Pirallahı rayon məktəbləri arasında birinci yerə layiq görülmələri haqqında məlumat verdi . Daha sonra çıxış edən Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları rayon rəhbərliyi adından tədbir iştirakçılarını salamlayaraq məktəb heyətinə yeni tədris ilində uğurla arzuladılar. Tədbir şagirdlərin çıxışı ilə davam etdi.