2024-2025 tədris ili üzrə Pedaqoji Şuranın ilk iclası keçirildi

    09 sentyabr 2024-cü il tarixində məktəb rəhbərliyi və müəllim kollektivinin iştirakı ilə 2024-2025-ci tədris ili üzrə Pedaqoji Şura iclası keçirilib. İclasda çıxış edən məktəbin direktoru Lamiyə xanım Quliyeva kollektivi salamlayaraq, məktəbə yeni gələn müəllimləri kollektivə təqdim edib, onlara uğurlar arzuladı. 2024-2025 ci tədris ili üçün Elm və Təhsil Nazirliyi  tərəfindən göndərilən müvafiq əmr və təlimatlarla Pedaqoji heyət tanış oldu. Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Elza Cəfərova Prezident İlham Əliyevin sərəncamı ilə 2024-cü il "Yaşll dünya naminə həmrəylik ili"elan edildiyindən ilk dərsin bu mövzuya həsr olunacağını pedaqoji heyətin nəzərinə çatdırdı. Məktəbin direktoru yeni tədris ilində qarşıda duran vəzifələr, məktəbin” Fəaliyyət Planı”nın , Pedaqoji Şuranın "İllik iş planı" nın təsdiq olunması, diaqnostik qiymətləndirməyə hazırlıq, keçən tədris ilinin yekunları və s. hədəflər müzakirə edildi. Həmçinin yeni tədris ilində təhsilin keyfiyyətinin artırılması baxımından görüləcək işlər, müasir dövrün əsas kompetensiyalarından sayılan müstəqil öyrənmə bacarıqlarının inkişafı məsələlərin müzakirəsi olundu. Qeyd edilən məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib, aidiyyəti tapşırıqlar verilib və müəllimləri maraqlandıran suallar cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi