Pedaqoji Şuranın 2023/2024-cü tədris ilinin yekun iclası keçirildi

25 iyun 2024-cü il tarixdə məktəbdə Pedaqoji Şuranın növbəti iclası kecirildi. İclasın sədri Lamiyə Quliyeva çıxış edərək, 2023/2024-cü tədris ilinin yekunları, əldə olunan uğurlar, IX və XI sinif şagirdlərinin imtahan nəticələri haqqında məlumat verdi. Həmçinin I-VIII və X sinif şagirdlərinin yuxarı siniflərə keçirilməsi, IX-XI buraxılış sinif şagirdlərinə attestatların verilməsi, “İnsan hüquqları” aylığının keçirilməsi müzakirə olundu. STEAM, Rəqəmsal bacarıqlar, Kiçik Akademiyanın yekun hesabatının dinlənildi. Yay tapşırığına qalan şagirdlər, həmçinin məktəbin şagird kontingenti, məktəb üzrə ümumi keyfiyyət faizi, siniflər üzrə keyfiyyət faizi və s. barədə məlumat verildi.