“İnsan hüquqları aylığı” ilə əlaqədar dəyirmi masa təşkil edildi
Azərbaycan Prezidenti İlham Əliyevin 18 iyun 2007-ci il tarixli sərəncamı ilə hər il iyunun 18-i ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur. Ənənəvi olaraq mayın 18-dən iyunun 18-dək respublikamızda İnsan hüquqları aylığı keçirilir. Buna görə də insan hüquqlarının qorunması, hüquq və azadlıqlarının təmin olunması sahəsində məktəbdə ardıcıl tədbirlər həyata keçirilir. 13 iyun 2024-cü il tarixində mövzu ilə əlaqədar məktəbin direktorunun tapşırığına uyğun olaraq Uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı Vüsalə Alyarovanın təşəbbüsü ilə müəllim və şagirdlərin iştirakı ilə “İnsan hüquqları aylığı” ilə əlaqədar dəyirmi masa təşkil edildi, video-çarx izlənildi. Sonda mövzu ətrafında diskussiya aparıldı şagirdləri maraqlandıran suallar cavablandırıldı.