"Təhsilverənlərin etik davranış Qaydaları" məktəbdə çalışan təhsil işçilərinin diqqətinə çatdırıldı
Bakı Şəhəri üzrə Təhsil idarəsi tərəfindən göndərilən təlimatı məktuba əsasən 03 iyun 2024-cü il tarixində məktəbin direktoru Lamiyə Quliyeva AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİNİN KOLLEGİYASININ 15 may 2024-cu il KQ – 07 nömrəli qərarı ilə “Təhsilverənlərin etik davranış Qaydaları”ı təsdiq edilmiş, “Müəllimlərin etik davranış Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının 2014-cü il 6 noyabr tarixli 1/2 nömrəli Qərarının ləğv edilməsi və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Kollegiyasının 15 may 2024-cü il tarixli KQ-07 nömrəli Qərarı ilə təsdiq edilmiş Təhsilverənlərin etik davranış Qaydaları barədə ətraflı məlumatı məktəbdə çalışan təhsilverənlərin nəzərinə çatdırdı. Mövzu ətrafında müəllimləri maraqlandıran suallar cavablandırıldı.