"İşğal altında olmuş torpaqlarda törədilən ekoloji terror" mövzusunda təqdimatlar keçirildi
2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsinin Qələbə ilə başa çatması torpaqlarımızın işğaldan azad edilməsi ilə yanaşı, təcavüzkar Ermənistanın ərazilərimizdə apardığı ekoloji terror aktlarına da son qoydu. Rəsmi İrəvanın ölkəmizə qarşı yürütdüyü təcavüzkar siyasət 30 ilə yaxın müddətdə şəhərlərimizin, kəndlərimizin dağıdılması ilə yanaşı, ekoloji vəziyyətin də bərbad hala salınmasına yol açıb. Vaxtilə həmin bölgələrdəki meşə qoruqları və oradakı nadir fauna, floramız, çaylardakı zəngin sərvətimiz erməni vandalları tərəfindən dağıdılıb, qırılıb. Bir sözlə, Azərbaycanın işğal altındakı ərazilərində ermənilər tərəfindən həyata keçirilən ekoloji terror regionun ekosistemini, təbiətini və resurslarını məhv edib.
22 may 2024-cü il tarixində Məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Vüsalə Alyarovanın təşəbbüsü ilə COP 29 çərçivəsində "İşğal altında olmuş torpaqlarda törədilən ekoloji terror" mövzusunda təqdimatlar keçirildi. Tədbirdə TTİÜDM Elza Cəfərova, psixoloq, kitabxana müdiri, tarix müəllimi və 9-10 -cu sinif şagirdləri iştirak etdilər. IX sinif şagirdləri Nərmin Alyarlı, Səfurə Məmmədova və Leyla Məmmədova mövzuya dair təqdimatlar hazırlayaraq təqdim etdilər.