"Təmiz ekoloji mühit-sağlam həyat" devizi altında iməclik keçirildi

Ətraf mühitin mühafizəsinə töhfə vermək hər kəsin borcudur. Hər kəs ana təbiətin qorunmasında pay sahibi olmalıdır. Bunun üçün ekoloji tərbiyə də əhəmiyyətlidir. Şagirdlərə əllərindəki plastik, şüşə qabları, kağız tullantıları və onlar üçün ayrılmış xüsusi konteynerlərə atılmasını başa salmaq ətraf mühitin mühafizəsinə dair atılmış kiçik, amma gələcəkdə nəticəsi böyük olacaq bir addımdır. 21 may 2024-cü il tarixdə "Yaşıl dünya naminə həmrəylik ili","Yaşıl layihə ","Təbiəti qoruyanlar" layihəsinin tədbirlər planına əsasən Məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Vüsalə Alyarovanın təşəbbüsü, UBR Günel Cəbrayılova, biologiya müəllimi Xaqani Alməmmədov və VII sinif şagirdlərinin iştirakı ilə "Təmiz ekoloji mühit-sağlam həyat" devizi altında iməclik keçirildi. Gürgən qəsəbəsi ərazisində yerləşən parkda plastik, süşəqabları  və kağız  tullantıları toplanaraq aidiyyatı üzrə tullantı qutularına boşaldıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi