Çimərlik mövsümündə təhlükəsizlik qaydaları
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/1716222709664b7af5da7d46.37274098.jpg)
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tabeliyindəki ümumi təhsil, orta ixtisas və peşə ixtisas təhsili müəssisələrində Xəzər dənizi və su hövzələrində boğulma təhlükəsinə qarşı maarifləndirmə tədbirləri barədə” 3-29/3-2-460F/2023 nömrəli, 18.07.2023-cü il tarixli əmrinin icrası ilə əlaqədar, Elm və Təhsil Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin birgə hazırladıqları təhsilalanların və təhsilverənlərin maarifləndirilməsinə dair təlimatına əsasən məktəbin direktoru Lamiyə Quliyevanın təşəbbüsü ilə ibtidai sinif şagirdlərinin iştirakı ilə “Çimərlik mövsümündə təhlükəsizlik qaydaları” adlı maarifləndirici tədbir keçirilib. Müəllim və şagirdlərə təhlükəsizlik qaydaları barədə ətraflı məlumat verilərək sözügedən qaydalara riayət edilməsinin vacibliyi vurğulanıb, qadağanedici nişanlara, sanitar-gigiyena qaydalarına əməl olunması və zərəçəkmişlərə ilkin yardımın göstərilməsinə dair söhbətlər aparılıb. Vətəndaşlara suda hər hansı bədbəxt hadisənin baş verməsinin qarşısının vaxtında alınması üçün zəruri tədbirlər barədə tövsiyələr verilib. Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.