Pedaqoji Şuranın növbəti iclası keçirildi
17 may 2024-cü il tarixdə məktəbdə Pedaqoji Şuranın növbəti iclası kecirildi. İclasın sədri Lamiyə Quliyeva çıxış edərək, 2023/2024-cü tədris ilinin yekunları, əldə olunan uğurlar, IV və VI siniflərin monitorinqi, IX və XI siniflərin imtahan nəticələri haqqında məlumat verdi. Dərsdinləmələrin nəticələri təhlil edildi. Həmçinin müəllimlərin sertifikasiyaya hazırlığı, şagird kontingenti, şagirdlərin təlim nəticələri, məktəb üzrə ümumi keyfiyyət faizi, siniflər üzrə keyfiyyət faizi, məktəbdə nizam-intizam, şagird təhlükəsizliyi, sinif rəhbərlərinin fəaliyyəti və s. məsələlər müzakirə olundu. Qeyd edilən məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib, aidiyyəti tapşırıqlar verilib və müəllimləri maraqlandıran suallar cavablandırılıb.