STEAM dərsində “Dronların uçuş təhlükəsizliyi ” adlı nümunəvi dərs keçirildi

14 may 2024-cü il tarixində Könül Mahmudova tərəfindən, VIII sinif şagirdlərinin iştirakı ilə STEAM dərsində “Dronların uçuş təhlükəsizliyi ” adlı nümunəvi dərs keçirildi. Nümunəvi dərsdə məktəbin direktoru Lamiyə Quliyeva və təlim-tərbiyə işləri üzrə direktor müavini Elza Cəfərova iştirak etdilər. Şagirdlər CNC və Dron qurğuları haqqında biliklərini, Python, Pycharm proqramlaşdırma dilində hazırladıqları layihələri, Tinkercad proqramında yığdıqları təqdimatları, digər bilik və bacarıqlarını nümayiş etdirdilər. Dərsdə şagirdlər fəal iştirak etdilər. Dərs prosesində mövzuya uyğun olaraq verilmiş tədqiqat sualı şagirdlər tərəfindən izahlı şəkildə cavablandırıldı.