İnzibati heyətin aylıq hesabat iclası keçirildi
13 may 2024-cü il tarixində məktəbin direktoru Lamiyə Quliyevanın təşəbbüsü ilə məktəbin fəaliyyət planına əsasən inzibati heyətin aylıq hesabat iclası keçirildi. İclasda məktəbin Təlim tərbiyə işləri üzrə direktor müavini Elza Cəfərova, Uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Vüsalə Alyarova, UTBR Günel Cəbrayılova, psixoloq Kübra Əliyeva, Kitabxana müdiri Mirzəhra Bayramova, Təsərrüfat müdiri Afayər Rzayeva iştirak edirdi. İclas zamanı 2023-2024-cü tədris ilinin aprel ayı üzrə gördükləri işlərinin hesabatı təqdim olundu rastlaşdıqları çətinliklər, çatışmazlıqlar qeyd olundu, bu istiqamətdə tövsiyələr verildi, təkliflər irəli sürüldü.