"Beynəlxalq Ailə günü"nə həsr olunmuş sinif saatı keçirildi

10 may 2024-cü il tarixində IX sinfin sinif rəhbəri İlhamə Ağayevanın təşəbbüsü ilə "Beynəlxalq Ailə günü"nə həsr olunmuş sinif saatı keçirildi. Sinif saatında psixoloq Kubra Əliyeva, valideynlər və şagirdlər iştirak etdilər. Sinif rəhbəri öz çıxışında ailələrin sağlam, xoşbəxt yaşaması üçün onun üzvləri arasında səmimi, mədəni münasibət olmalı, valideyn-övlad münasibətlərinin düzgün qurulmalı olduğunu vurğuladı. Azərbaycan ailəsi hər şeydən əvvəl, milli adət-ənənələrimizi özündə yaşatmalıdır. Övladlarımız dünyaya gəldikləri gündən milli-mənəvi dəyərlərimizlə tərbiyə olunmalıdırlar. Böyüyə hörmət, milli dəyərlərə bağlılıq bu tərbiyənin əsasını təşkil edir. Mədəniyyət, qarşılıqlı hörmət və bu hörmətdən doğan davranış qaydaları ailə mənəviyyatının özülü olduğunu söylədi. O həmçinin vurğuladı ki, ailəsini qoruyan torpağını qoruyacaq, ailəsinin sabitliyini istəyən Vətənin əmin-amanlığını istəyəcəkdir. Sinif saatının keçirilməsində əsas məqsəd şagirdləri ailə dəyərləri və ənənələr mövzusunda məlumatlandırmaqdan ibarət olub. Sonda ailə fotolarına baxış keçirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi