Şagirdlərin asudə vaxtının səmərəli təşkili
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/17155786116641a6f3238f95.58680446.jpg)
Şagirdlərin asudə vaxtını səmərəli keçirmək, dünyagörüşünü formalaşdırmaq məqsədilə müntəzəm olaraq müxtəlif tarixi, mədəni abidələrə, muzeylərə, ölkəmizin görməli yerlərinə, gəzinti və əyləncə mərkəzlərinə ekskursiyalar təşkil olunur. İbtidai siniflərin yaz tətili günlərində Məhbubə Cəfərova III sinif, Xəyalə Hacıyeva IV sinif, Vüsalə Bayramova I sinif şagirdləri ilə birgə Şirvanşahlar sarayı, Qız qalası və Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil etdilər. Bu ekskursiyalar şagirdlərimizin yaddaşında dərin iz buraxacaq, yurdumuzun tarixini, keçmişini öyrənməyə daha yaxşı vasitə olacaq.