Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tədbir keçirildi

      10 may 2024-cü il tarixində məktəbin AKT zalında ulu öndər Heydər Əliyevin 101-ci ildönümünə həsr edilmiş tədbir keçirildi. Tədbirdə məktəbin direktoru Lamiyə Quliyeva, müəllim və şagird kollektivi iştirak edirdilər. Tədbiri giriş sözü ilə açan direktor Lamiyə Quliyeva Azərbaycan dövlətçiliyinin söykəndiyi təməl prinsiplərinin Heydər Əliyev tərəfindən yaradıldığını qeyd etdi. Bildirdi ki, ulu öndər Heydər Əliyev özünün fəaliyyəti və qətiyyətli qərarları ilə müstəqilliyimizin formalaşmasında, ölkədə sabitliyin əldə olunmasında, həmçinin, Azərbaycanın dünya ölkələri arasında nüfuzunun yüksəldilməsində müstəsna xidmətlər göstərib. Məhz buna görə də, xalqımız Ümummilli Lideri müasir müstəqil Azərbaycan dövlətinin memarı, qurucusu adlandırıb. Ulu Öndərin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sayəsində bunun artıq reallıq olduğunu vurğuladı. Ümummilli Liderin həyat və fəaliyyətinin müxtəlif istiqamətlərindən bəhs edən video-çarx nümayiş olunub. Tədbir şagirdlərin hazırladıqları kompozisiya ilə davam etdi. Sonda xatirə şəkilləri çəkildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi