15 may “Beynəlxalq ailə günü”nə həsr olunan “ "Hər bir uşaq bir ailənin çiçəyidir"adlı gül əkmə aksiyası keçirildi
Azərbaycanda dövlət ailə siyasətinin formalaşması Ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyevin ailə siyasəti Azərbaycanda bu gün də məqsədyönlü şəkildə həyata keçirilir və inkişaf etdirilir. Dövlət başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunmasında böyük diqqət və qayğı göstərir. Mövzu ilə əlaqədar olaraq 8 may 2024-cü il tarixində V sinfin sinif rəhbəri Ayşən Rzayeva valideyn və şagirdləri ilə birgə "Hər bir uşaq bir ailənin çiçəyidir" adlı gül əkmə aksiyası təşkil etdi. Həmçinin şagird və valideynlər tərəfindən ağac ətrafında dekorativ rəngli daşlardan mozaika kompozisiyaları yaradıldı.