Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar sinif saatları keçirildi

    Xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər davam edir. 08 aprel 2024-cü il tarixində  I və III siniflərdə sinif saatları təşkil edildi. Sinif rəhbərləri Məhbubə Cəfərova və Vüsalə Bayramova Heydər Əliyevin dövlətçiliyin möhkəmləndirilməsi, ordu quruculuğu, milli kadr hazırlığı, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, milli mənəvi dəyərlərimizin təbliği və qorunması sahəsində həyata keçirdiyi genişmiqyaslı tədbirlər barədə şagirdlərə məlumat verdilər. Bildirdilər ki, Heydər Əliyev təhsilin məzmunu, mahiyyəti, məqsədləri, səmərəli təşkili, müəllim əməyinin şərəfi, dərsliklərin təkmilləşməsi, şagirdlərin və tələbələrin vəzifələri barədə dəyərli fikirlər söyləmiş, həm də Azərbaycan təhsilinin hərtərəfli yüksəlişi qayğısına qalmış, ölkədə elmin inkişafına töhfələr vermiş, illər bоyu bu sahələrdə böyük inkişafa rəvac verən sistemli tədbirlər həyata keçirmişdir. Ulu Öndərin təhsil və elm sahəsində müdrik kəlamları bizim nəsil və gələcək nəsillər üçün böyük örnək olduğunu şagirdlərin nəzərinə çatdırıldı.  Video-çarx izlənildi. Sonda şagirdlər Ulu Öndərə həsr olunmuş şeirlər səsləndirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi