“Yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi sahəsində” tədbir keçirildi

N.S.Teymurov adına 231 nömrəli tam orta məktəblə Pirallahı Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə “Yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi sahəsində” maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə məktəbin direktoru Lamiyə Quliyeva Pirallahı Rayon Polis İdarəsinin nümayəndəsi, Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) polkovniki Kəmalə Əkbərova, məktəbin müəllim və şagirdləri iştirak etdilər.
Mövzular ətrafında çıxış edən natiqlər qeyd etdilər ki, hər bir uşağın müdafiə olunmaq hüququ olduğunu bildirdilər. Uşaqlar özünə təsir edəcək məsələlərlə bağlı öz baxışlarını azad ifadə etmək hüququna malikdir və bu baxışlar mütləq nəzərə alınmalıdır. Hər bir uşağın hərtərəfli inkişaf etmək, milli və ümumbəşəri dəyərlərə uyğun humanizm və əxlaqi prinsiplər əsasında tərbiyə almaq hüququ vardır. Uşaq hüquqlarının qorunması ilə bağlı Azərbaycan dövlətinin ardıcıl həyata keçirdiyi sosialyönümlü siyasət də bu məqsədə xidmət edir.
Sonda mövzularla əlaqəli şagirdləri maraqlandıran suallar ətraflı şəkildə cavablandırılmışdır.