"İdmansevərlər layihəsi" çərcivəsində Ulu öndər Heydər Əliyevin 101 illik yubileyinə həsr olunmuş turnir keçirildi

N.S.Teymurov adına 231 nömrəli tam orta məktəbin təşəbbüsü ilə Azərbaycan Badminton Federasiyasının birgə əməkdaşlığı ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin "İdmansevərlər" layihəsi ilə bağlı tədbirlər planına uyğun olaraq "İdmansevərlər layihəsi" çərcivəsində Ulu öndər Heydər Əliyevin 101 illik yubileyinə həsr olunmuş Pirallahı rayonunda yerləşən (231, 235, 243, 168, 186) məktəblərdən bir qadın və bir kişi müəllimi olmaqla badminton turniri keçirildi. Çox maraqlı və gərgin keçən bu yarışın sonunda qaliblər müəyyən olundu Qalib gələn komandalar mükafatlandırıldı. 231 nömrəli tam orta məktəbin idman müəllimi Cəfər İmanov kişi müəllimləri, 186 nömrəli tam orta məktəbin Uşaq Birliyi Rəhbəri Aynur Rzayeva qadın müəllimləri arasında keçirilən turnirdə qalib olaraq birinci yerə layiq görüldülər.