23 Aprel - Ümumdünya İngilis Dili Günüdür

     23 Aprel - Ümumdünya İngilis Dili Günüdür. Bu gün ingilis dili “dünya dili” hesab olunur, bu dildə dünyanın onlarla ölkəsində bir milyarddan çox insan danışır. Bu dil yalnız ingilislərin deyil, həm də ABŞ, İrlandiya, Kanada, Malta, Avstraliya, Yeni Zelandiya sakinlərinin dilidir. İngilis dili Asiya və Afrikanın bir neçə dövlətinin rəsmi dilidir. Mövzu ilə əlaqədar olaraq məktəbin ingilis dili müəllimləri Lamiyə Quliyeva və Ayşən Rzayevanın təşəbbüsu ilə V sinif şagirdlərinin iştirakı ilə məktəbin foyesində və açıq havada kiçik kompozisiya təşkil edildi. Şagirdlər əl işlərindən ibarət maraqlı bukletlər hazırlayıb ingilis dilində müxtəlif aforizmlər səsləndirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi