Məhəmməd Füzulinin anadan olmasının 530 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilmişdir

Azərbaycan dili və ədəbiyyat müəllimi Vəsxanım Əmirbəyova və İlhamə Ağayevanın təşkilatçılığı ilə dahi Azərbaycan şairi Məhəmməd Füzülinin anadan olmasının 530 illik yubileyinə həsr olunmuş "Şəbi-hicran" adlı ədəbi-bədii gecə keçirilmişdir. Tədbirdə görkəmli orta əsr Azərbaycan şairi və mütəfəkkiri,  Azərbaycan-Türk ədəbiyyatı tarixində divan janrının ən möhtəşəm nümayəndələrindən biri olan  Füzulinin həyat və yaradıcılığından, onun əsərlərinin   təkcə Azərbaycan poeziyası üçün deyil, bütövlükdə Şərq ədəbiyyatı, eləcə də dünya ədəbiyyatı üçün əhəmiyyətli olduğundan söhbət açılmışdır. Mövzu ilə əlaqədar V sinif şagirdləri görkəmli şairin “Meyvələrin söhbəti” əsərini səhnələşdirilmişdir. Şagirdlər əsərdən ilhamlanaraq hər biri meyvə və tərəvəz obrazında çıxış edərək öz bacarıqlarını həvəslə nümayiş etdirdilər. Sonra şairin həyat yolu və yaradıcılığına həsr olunmuş VI və VIII sinif şagirdlərinin iştirakı ilə iki komandadan ibarət viktorina təşkil olundu, qalib komandaya və tədbirdə fəal iştirak edən şagirdlərə həvəsləndirici hədiyyələr təqdim edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi