"İdmansevərlər" layihəsi çərçivəsində "Ümumi fiziki hazırlıq" yarışı keçirildi

        18 aprel 2024-cü il tarixində sonuncu dərs saatı bitdikdən sonra Bakı Şəhəri üzrə Təhsil İdarısinin  “İdmansevərlər” layihəsi ilə bağlı Tədbirlər Planına uyğun olaraq idmana  marağı olan məktəbin oğlan şagirdləri arasında şəhid general-mayor Polad Həşimovun əziz xatirəsinə həsr olunmuş “ Ümumi fiziki hazırlıq” yarışı təşkil edildi. Yarışda Pirallahı rayon sakini veteran məşqçi, beşqat dünya çempionu Vahid Hüseynov və digər qonaqlar münsiflər heyəti qismində iştirak etmişdilər. Yarış himnin səslənməsi ilə açıq elan olundu. Sonra torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalanların  əziz xatirəsi bir dəqiqəlik sükütla yad edildi.  Tədbirdə çıxış edən məktəbin direktoru Lamiyə Quliyeva və natiqlər torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş General-mayor Polad Həşimovun keçdiyi döyüş yolundan və Azərbaycanın 44 günlük müharibədə qazandığı qələbədən bəhs etmişdilər.
        Yarışın sonunda I-II-III yerin qaliblərinə diplomlar medallar təqdim olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi