“Bacarıqlı əllər” dərnək üzvləri öz istedadlarını nümayiş etdirdilər

Azərbaycan xalqının mətbəx mədəniyyətinin, onun tərkib hissəsi olan süfrə mədəniyyətinin özünə məxsus incəlikləri vardır. Azərbaycan xalqı o xalqlardandır ki, mövsümə, məqama, şəraitə, mərasimə uyğun fərqli süfrə mədəniyyətinə malikdir. Mövzu ilə əlaqədar Şövkət Hilalbəyovanın “Bacarıqlı əllər” dərnəyinin üzləri olan VI sinif şagirdləri “Dəniz məhsulları” mövzusunda müxtəlif balıq yeməkləri hazırlayaraq öz bacarıqlarını nümayiş etdirməyə çalışdılar və bu yeməklərin insan orqanizminə olan faydaları haqqında ətraflı məlumat verdilər. Məktəb rəhbərliyi şagirdlərin hazırladıqları süfrəni çox dəyərləndirdilər və şagirdləri qiymətləndirdilər. Məqsəd Azərbaycan xalqının çoxşaxəli və zəngin mədəniyyəti içərisində süfrə mədəniyyətinin öz yeri, öz gözəlliklərinin olduğunun şagirdlərə aşılanmasından ibarət idi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi