İntellektual yarış təşkil edilib
Məktəbin kitabxana müdiri Mirzəhra Bayramovanın təşəbbüsü ilə V, VI, VII sinif şagirdləri arasında İntellektual yarış təşkil edildi. Yarışda şagirdlər çox fəal iştirak ediblər. Komandalara təqdim olunan suallar Azərbaycan xalq mahnıları, şair və yazıçıları və dünyada baş verən müxtəlif hadisələri əhatə edib. Sonda yarışın qalibləri müxtəlif hədiyyələrlə mükafatlandırılıblar. Yarışın məqsədi şagirdlərin intellektual səviyyəsini və dünya görüşünü artırmaq, Azərbaycanımızın zəngin milli mədəniyyətini və tarixini təbliğ etməkdən ibarət olub.